AZ

Kimmix karyerasını harada davam etdirəcək? - Yekun qərar verildi

"Bayern Münhen"in yeni müqavilə imzalamağa çalışdığı Yozua Kimmix gələcəyi barədə açıqlama verib.

Fanat.Az-ın məlumatına görə, PSJ və "Arsenal" kimi klubların ələ keçirmək istədiyi 29 yaşlı yarımmüdafiəçi "Sky Germany" nəşrinə danışıb:

"Qərar tezliklə veriləcək. Top mənim meydançamda deyil. Milli komandalara görə yaranacaq fasiləyə qədər hər şeyi həll etməyi planlaşdırıram. Klub isə "Bayerl"ə oyunlara qədər bu məsələni yekunlaşdırmaq istəyirdi. Görürəm ki, Maks Eberl dürüstdür və o, danışıqları davam etdirir".

"Bayern"in fəxri prezidenti Uli Hones öz növbəsində danışıqların təfərrüatlarını açıqlamayıb, qısa şərhlə kifayətlənib: "Biz sadəcə qəhvə içdik Mənə bunu mətbuatla müzakirə etməyə ehtiyac yoxdur".

Mənbə "Kimmix" ilə "Bayern" arasında müddəti 2028-ci ilə qədər olacaq yeni müqavilə barədə razılığa gəlməyə yaxın olduğunu bildirib. Yeni anlaşmada maaş ildə 20-22 milyon avro aralığında olacaq.

Qeyd edək ki, Kimmixin "Bayern" ilə hazırki müqaviləsinin müddəti bu yay başa çatacaq. O, cari mövsüm Bundesliqada 23 matça çıxaraq 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Mirağa

Seçilən
23
fanat.az

1Mənbələr