AZ

“Ukrayna hərbçiləri geri çəkilməzdən əvvəl ərzaq ehtiyatlarını minalayıblar” - Novoqrodovka sakini

Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri “Donetsk Xalq Respublikası”nın (Donetsk vilayəti – red.) Novoqrodovka şəhərindən geri çəkilməzdən əvvəl ərzaq ehtiyatlarını minalayıblar.

Herbiand.az bildirir ki, bu barədə RİA Novosti agentliyinə qaçqın Yelena Maxatenko məlumat verib.

O deyib ki, Ukrayna Silahlı Qüvvələrinin ərzaq saxlanılan yerləri necə minaladığını şəxsən görüb: “İnsanlar buna düçar oldular - birtəhər yemək almalı oldular”.

Qadın qeyd edib ki, bu tələlər nəticəsində hər hansı itkinin olub-olmadığını bilmir.

Qeyd edək ki, Novoqrodovka şəhəri 2024-cü ilin sentyabrında Rusiya Silahlı Qüvvələrinin nəzarətinə keçib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
31
herbiand.az

1Mənbələr