Sea Breeze

SuperToys və Dayaq Xeyriyyə Cəmiyyəti birlikdə aztəminatlı ailələrin qızları üçün “İmkan yaradaq, xoşbəxt olsunlar” layihəsini həyata keçirdi.

8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş layihədə rəngarəng animator şouları, maraqlı oyunlar və birlikdə kəsilən bayram tortu ilə uşaqlara unudulmaz anlar bəxş edildi.Uşaqlara SuperToys tərəfindən sevimli oyuncaqlar və hədiyyələr təqdim olundu.

Üstəlik, sevimli nağıl qəhrəmanlarına çevrilmələri və özlərini fərqli hiss etmələri üçün uşaqlar üçün face art təşkil edildi. Əməkdaşlar da uşaqlarla birlikdə oyunlar oynayaraq, onların sevincinə şərik oldular.

Hər qız övladının özünü özəl hiss etməyə haqqı var. Onlara xoşbəxt anlar yaşamaq imkanı yaradıb gələcəyin güclü, parlaq sabahı olan qadınlarını yetişdirməliyik. SuperToys hər zaman ucqar dağ kəndlərində, uşaq evlərində, sığınacaqlarda böyüyən uşaqlara xüsusi diqqət göstərir.

İnstaqram: https://www.instagram.com/supertoysaz/
Vebsayt: https://www.supertoys.az/

ETX
ETX
ETX