AZ

Avstraliyalı senator İranın “Press TV” kanalına sanksiya tətbiq edilməsinə çağırıb

Avstraliyalı senator Deyv Şarma ölkənin xarici işlər nazirini İranın “Press TV” kanalı vasitəsilə mümkün xarici müdaxiləsini araşdırmağa və ona qarşı sanksiyalar tətbiq etməyi düşünməyə çağırıb.

Deyv Şarma İran əsilli avstraliyalı senator Fatimə Peymanın bu yaxınlarda “Press TV”yə müsahibəsində İrandakı qadınlardan danışmasına toxunaraq deyib:

“Bu televiziya kanalı İranın xarici müdaxiləsi üçün vasitədir və ictimai rəyə təsir göstərmək, eləcə də Avstraliyadakı iranlıları idarə edə bilmək üçün istifadə olunur”.

visiontv.az



Seçilən
5
visiontv.az

1Mənbələr