AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XXV turunda qeydə alınan neqativ halları dəyərləndirib.
Msport.az xəbər verir ki, komitə bir oyunda pozuntu aşkarlayıb.
“Turan Tovuz” – “Zirə” matçında meydan sahiblərinin azarkeşləri tərəfindən kənar əşya atıldığından, bölgə təmsilçisi 800 manat cərimə olunub.