AZ

AFFA “Turan Tovuz”u cərimələyib

Bakı, 7 mart, AZƏRTAC

AFFA İntizam Komitəsi “Turan Tovuz” komandasını cərimələyib.

AZƏRTAC milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna bölgə təmsilçisinin azarkeşlərinin Misli Premyer Liqasının XXV turunun “Zirə” ilə ev oyununda kənar əşya atması səbəb olub.

Bu, Tovuz klubunu 800 manat ziyana salıb.

Qeyd edək ki, qarşılaşma “Zirə”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Seçilən
12
azertag.az

1Mənbələr