AZ

Messi yenə heyətə düşmədi - SƏBƏB

Argentinalı ulduz futbolçu Lionel Messi yenə şərəfini qoruduğu ABŞ-ın "İnter Mayami" klubunun heyətindən kənar qalıb.

News24.az offsideplus.az-a istinadən xəbər verir ki, o, komandasının CONCACAF Çempionlar Liqasının 1/8 final mərhləsində doğma meydanda "Kavalyer"lə (Yamayka) görüşünü buraxıb.

Məşqçilər korpusu gərgin qrafiki nəzərə alaraq, əzələ yüklənməsinin qarşısını almaq üçün 37 yaşlı hücumçuya istrahət veriblər. Bununla da, Messi "İnter Mayami"nin ardıcıl 2-ci oyununda iştirak etməyib. Fubolçu martın 3-də ABŞ çempionatı MLS-də "Hyuston Dinamo" (4:1) ilə səfər matçına aparılmamışdı.

Yeri gəlmişkən, "İnter Mayami" "Kavalyer"i 2:0 hesabı ilə məğlub edib. Messinin yoxluğunda yenə Luis Suares komandasının qələbəsində pay sahibi olub. "Hyuston"la matçda 1 qol və 3 məhsuldar ötürmə ilə fərqlənən uruqvaylı hücumçu bu dəfə də rəqib qapısına yol tapıb. "Kavalyer"lə cavab qarşılaşması martın14-də keçiriləcək.


Seçilən
10
4
news24.az

5Mənbələr