AZ

Amerikanın B-52 təyyarələri ilk dəfə Finlandiya ərazisində hava bombalarından istifadə edib

Amerikanın iki B-52 “Stratofortress” strateji bombardmançı təyyarələri Finlandiyada Laplandiyanın Rovayarvi poliqonunda təlimlər zamanı ilk dəfə olaraq yer hədəflərinə bomba atıb.

Herbiand.az bildirir ki, bu barədə Yle portalı məlumat yayıb.

Jurnalistlər Rovayarvidə hava və ordu qüvvələri arasında birgə atəş tətbiq edildiyini qeyd ediblər. Bombalar Finlandiyanın xəbərdarlıq qaydalarına uyğun istifadə edilib. Prosesə Finlandiya Silahlı Qüvvələrinin və ABŞ Hərbi Hava Qüvvələrinin hava nəzarətçiləri tərəfindən nəzarət edilib.

Finlandiya Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi, briqada generalı Aki Puustinenin sözlərinə görə, ABŞ ilə əməkdaşlıq Finlandiyanın müdafiə qabiliyyətini artıracaq və Şimali Avropa ölkələrinin ümumi müdafiəsini gücləndirəcək.

B-52H-nin uçuş məsafəsi 16 000 km-dən artıqdır (döyüş radiusu - 7200 km), döyüş yükü isə 31,5 tona çatır. Standart silahlanmaya uzaqmənzilli qanadlı raketlər, eləcə də müxtəlif növ idarə olunan və sərbəst düşən bombalar daxildir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
72
herbiand.az

1Mənbələr