AZ

Tramp: “Düşünmürəm ki, NATO üzvləri ABŞ-ı müdafiə edəcəklər”

ABŞ prezidenti Donald Tramp lazım gəldikdə digər NATO üzvlərinin də ABŞ-ın müdafiəsinə qalxacağından şübhələndiyini və müdafiə xərclərindəki ədalətsizliyin qiymətləndirilməsi lazım olduğunu bildirib.

Editor.az xəbər verir ki, prezident bu barədə Ağ Evdəki çıxışında deyib.

“Mən NATO-nu potensial olaraq yaxşı görürəm. Bununla belə, NATO haqqında diqqətlə düşünmək lazımdır. Ədalətli olmayan şeylər baş verir. Mən gələnə qədər müdafiəyə az qala 100 faiz ödəyirdik. Halbuki, ticarətdə bizi aldadırlar. NATO ilə bağlı ən böyük problem budur. Mən bu dostları tanıyıram. Onlar mənim dostlarımdır. Bəs ABŞ-ın problemi olsa və biz onlara müraciət etsək, sizcə, onlar bizim müdafiəmizə gələcəklərmi? Mən belə düşünmürəm”,- Tramp deyib.

“Məncə, bu, sağlam düşüncədir. Əgər pul verməsələr, mən onları müdafiə etməyəcəyəm. Mən bunu deyəndə həmişə qızğın mübahisə olur. Nə cəhənnəm, mən NATO müqaviləsini pozurdum”,- deyə o bildirib. Eyni vəziyyətin Yaponiya üçün də keçərli olduğunu bildirən Tramp, deyib ki, ABŞ Yaponiyanı müdafiə etməliydi, lakin Yaponiya heç bir şəraitdə qarşılıq verməli deyildi: “Halbuki onlar bizimlə iqtisadi əməkdaşlıqdan faydalanırlar”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
10
editor.az

1Mənbələr