AZ

Cənubi Koreyada şok olay: qırıcılar təlimlər zamanı Seul yaxınlığındakı şəhəri bombaladılar

Cənubi Koreyada bu ölkənin Hərbi Hava Qüvvələrinə məxsus iki KF-16 qırıcısı təlimlər zamanı Seuldan təxminən 40 kilometr şimalda yerləşən sınaq meydançasının kənarına 8 bomba atıb.

Editor.az bildirir ki, bu barədə martın 6-da Cənubi Koreyanın “Yonhap” xəbər agentliyi hərbi rəsmilərə və xilasedicilərə istinadən məlumat yayıb. Onlar bildiriblər ki, canlı atəş təlimlərində iştirak edən KF-16 qırıcıları səhər saat 10:04-də Pocheon təlim poliqonunun qarşısında “planlaşdırılmamış” dörd MK-82 bombası atıb. Hadisə nəticəsində 7 nəfər xəsarət alıb. Xilasedicilər iki nəfərin ağır xəsarət aldığını, əksəriyyətinin sümüklərinin qırıldığını bildiriblər. Bütün insanlar huşunu itirib və xəstəxanaya yerləşdiriliblər. Bir kilsə və altı ev də dağılıb, yük maşınına ziyan dəyib.

Hərbi Hava Qüvvələri bombaların “planlaşdırılmamış” atılması ilə bağlı araşdırmaya başlayıb. “Yonhap” yazır ki, hərbçilər mülki şəxslərə dəymiş ziyana görə üzr istəyib, onu kompensasiya edəcəyinə söz verib.

//Samir Qurbanov, Editor.az

Seçilən
19
editor.az

1Mənbələr