AZ

Dünyanın ən güclü zərbəsinə sahib heyvan

Və ya Mantis xərçəngi suyu necə 4400 dərəcəyə qədər isidə bilir?

Mantis xərçəngi (Stomatopoda) canlılar aləmində ən güclü və sürətli zərbəyə malik heyvandır. Onun qısqacları zərbə zamanı 80-100 km/saat sürətlə hərəkət edir və 102,000 m/s² (təxminən 10,400 g) təcilə malikdir. Bu, təbiətdə bilinən ən yüksək təcilli hücum mexanizmlərindən biridir və güllə mərmisinin təcilindən daha çoxdur.

Bu sürətlənmə nəticəsində su molekulları arasında vaakum qabarcıqları əmələ gəlir. Qabarcıqların çökməsi zamanı isə qısa müddətli 4,400°C istilik yaranır. Bu isə Günəşin səth temperaturuna yaxındır. Bundan əlavə, bu proses zamanı sonolüminessensiya da (işıq yayılması) müşahidə olunur.

Mantis karidesi bu xüsusiyyəti ilə molyuskların sərt qabığını qıra, balıqları və kiçik xərçəngkimiləri iflic edə bilər. Onun göz strukturu da unikal olub, 16 rəng reseptoru sayəsində ultrabənövşəyi və infraqırmızı spektrdə görmə qabiliyyətinə malikdir. Bu xüsusiyyətlər onu təkcə ən güclü hücum edən deyil, həm də təbiətin ən mürəkkəb görmə sisteminə sahib canlılarından biri edir.

Neandertal

visiontv.az



Seçilən
19
visiontv.az

1Mənbələr