AZ

Ukraynaının baqşa seçimi yoxdur - Tramp

Ukraynanın alternativi olmadığı üçün Kiyev sülh müqaviləsi ilə razılaşmaq məcburiyyətində qalacaq.

Modern.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərlə görüşündə deyib.

“Düşünürəm ki, bu, baş verəcək, Ukrayna razılığa gəlmək istəyir, çünki onların seçiminin olmadığını düşünürəm”, - deyə Donald Tramp Kiyevdən nə gözlədiyi sualına cavab verib.

Amerika lideri əlavə edib ki, onun fikrincə, Rusiya da saziş bağlamaq niyyətindədir.

Bundan əvvəl Vaşinqton Ukrayna hakimiyyətindən tezliklə atəşkəslə razılaşmağı tələb edib.

Seçilən
5
50
modern.az

10Mənbələr