“2018-ci ildə Paşinyan bəyan edib ki, Ermənistanla İran arasında sərhədin geosiyasi məsələlərə görə bağlana biləcəyi istisna edilmir”. Tribunainfo.az xəbər verir ki, bunu politoloq Benyamin Matevosyan deyib.
Onun iddiasına görə, Paşinyan 2020 və 2023-cü illərdə Qarabağa iki dəfə “xəyanət” edib. “Üstəlik, nəticədə İran onilliklər ərzində istifadə etdiyi Qarabağ sərhəd hissəsini itirdi”.
Matevosyan hesab edir ki, “44 günlük müharibədən sonra Nikol Paşinyan Gorus-Qafan yolunun bir hissəsini Azərbaycana təhvil verməklə İrandan Ermənistan ərazisindən keçən yüklərin daşınmasını qəsdən çətinləşdirib. “Əgər Paşinyan sərhədlərin müəyyən edilməsi bəhanəsi ilə Kərkini də versə, Ermənistan-İran qaz kəmərinin təhlükəsizliyi də risk altında olacaq”.
Erməni politoloq qeyd edib ki, son zamanlar baş verənlər fonunda İrana Ermənistandan vurulan ən ciddi zərbə Tehranın Qarabağ üzərindən çıxışını birdəfəlik bağlanmasına imkan verməsidir. Onun sözlərinə görə, İran bütün bunların fonunda Paşinyana etimad etməyəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta