AZ

Nazirdən çağırış: Pullarınızı dollara çevirin

ABŞ maliyyə naziri Skott Besant İranla bağlı açıqlama verərək, bu ölkəyə daha ağır sanksiyalar tətbiq edəcəklərini bildirib. Tribunainfo.az xəbər verir ki, amerikalı nazir sanksiyalarla İranın dollar gətirən bütün işlərini dayandıra biləcəklərini deyib.
Onun sözlərinə görə, yaxın günlərdə İranın neft sektorunu və dron istehsal imkanlarını tam bağlayacağıq. “Biz Tehranın beynəlxalq maliyyə sisteminə çıxışını da kəsəcəyik”.
Nazir sonda iranlılara müraciət edərək, onlara tövsiyyə də verib. “Durumunuz yaxşı olmayacaq. Sizə tövsiyyə edirəm ki, pullarınızı xarici valyutaya, xüsusən də dollar çevirin. Çünki tezliklə sizə lazım olacaq”.

Seçilən
28
tribunainfo.az

1Mənbələr