Martın 7-də "SpaceX" şirkəti "Starship" ağır yük daşıyan sisteminin səkkizinci buraxılışını həyata keçirib. Lakin "Starship" kosmik gəmisinin sınağı uğursuzluqla nəticələnib.
"Cebheinfo.az" xəbər verir ki, kosmik gəmi bir neçə dəqiqə sonra partlayıb.
Canlı yayımda görünən kadrlarda buraxılışdan təxminən 10 dəqiqə sonra, 150 km hündürlükdə, daşıyıcı raketdən ayrıldıqdan sonra gəmi qəfil nəzarətsiz fırlanmağa başlayır. Ardınca qığılcımlar sıçrayır və bir müddət sonra "SpaceX" onunla əlaqəni itirir.
"Super Heavy" daşıyıcı raketi isə uğurla Texasdakı "Starbase" buraxılış meydançasına eniş edib.
Qeyd edək ki, ilin əvvəlindən bu baş verən ikinci uğursuz sınaqdır. 17 yanvarda da İlon Maskın "SpaceX" şirkətinə məxsus "Starship" kosmik gəmisi sınaq zamanı partlayıb.
"SpaceX" hadisənin səbəblərini araşdıracağını və ilkin ehtimallara görə, partlayışın bir neçə mühərrikin sıradan çıxmasından sonra baş verdiyini açıqlayıb.
Şirkət hadisəyə müsbət yanaşaraq bildirib: