Bakı. Trend:
Abşeron rayonu Masazır qəsəbəsi ərazisində yerləşən mağazalarınbirindən 500 manat pul və tütün məmulatının oğurlanması barədəpolisə məlumat daxil olub.
Trend xəbər verir ki, bu barədə DİN-in MətbuatXidməti məlumat yayıb.
Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarınınkeçirdikləri tədbirlərlə oğurluq etməkdə şübhəli bilinən, əvvəllərdə eyni əmələ görə məhkum olunmuş 35 yaşlı O.Nəbiyev müəyyənedilərək saxlanılıb.
Araşdırma aparılır.