AZ

Dövlət Ehtiyatlar Agentliyi “qara siyahı”da

Dövlət Ehtiyat Agentliyi (DEA) Hesablama Palatasının son açıqlamasından sonra “qara siyahı”ya düşüb. Tribunainfo.az xəbər verir ki, dövlət qurumu büdcədən ayrılan vəsaitləri banklara ayrıca hesab şəklində yerləşdirməkdə və bundan əmanət şəklində faiz əldə etməkdə ittiham olunurdu.
Hesablama Palatasının açıqlamasında qeyd edilirdi ki, Agentlik səlahiyyətində olan və qurumun işlərini həyata keçirmək üçün ayrılmış 144 milyon manatı banka depozit şəklində yerləşdirib. Bundan sonra isə DEA-nın büdəcən maliyyələşmə və zəruri ehtiyaclarına dair xərclərinə “stop” qoyulub.
Rəsmi qaynaqlar üzərindən apardığımız araşdırma nəticəsində məlum olub ki, Hesablama Palatasının məlum açıqlamasından sonra DEA-nın keçirdiyi tenderlərin əksəriyyəti ləğv edilib. Belə ki, ləğv olunan müsabiqələrin ümumi sayı 11 olub. Yalınız kiçik məbləğli və xüsusi zərri olan məsələlərdə tenderlərinin reallaşmasına imkan verilib.
Son iki gündə isə ləğv edilən tenderləri isə üçə çatıb. Ümuilikdə isə bu ilin əvvəlindən DEA-nın cəmi 6 tenderi olub ki, onun da 4-ü ləğv edilib.
Ləğv edilənlərdən biri nəqliyyat vasitələrinə dövri texniki xidmətinin çərçivə sazişi ilə satın alınması olun. 103 min 300 manat dəyərində olan tenderin ləğvinə səbəb satınalma haqqında qanunun tələbinin pozulması olub.
İkinci tender isə dəyəri 66.980 manat təşkil edən elektrik avadanlıqlarının sınaq və təftiş xidmətinin satın alınmasıdır. 70 min 302 manatlıq elektrik mallarının və mühərriklərinin satın alınması tenderi isə sayca üç olub. Və bütün bunlar “Dövlət satınalmaları haqqında” qanunun tələblərinin pozulması səbəbindən yasaqlanıb.
Xatırladaq ki, Dövlət Ehtiyatlar Agentliyinin rəhbəri Səbuhi Əhəd oğlu Sadıqovdur.
Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

Seçilən
30
tribunainfo.az

1Mənbələr