AZ

Rusiya və Çin vizaları ləğv edir

Rusiya və Çin vizaların ləğvinə doğru irəliləyir. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Çinin Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili Zhang Vey TASS-a açıqlamasında bildirib. Çin diplomatı iki ölkə arasında potensial vizasız səyahətə toxunaraq: 

"Biz iki ölkə vətəndaşlarının səfərlərinə daha çox rahatlıq gətirmək istəyirik ki, onlar daha tez-tez görüşüb bir-birlərinə baş çəkə bilsinlər. 

Bu, yalnız faydalı olacaq. Biz hazırda bu məsələləri müzakirə edirik və bu məsələdə irəliləyiş əldə edirik”, - deyib. Zhangın sözlərinə görə, hazırda hər iki tərəf vizadan azad edilməsi ilə bağlı danışıqlar aparır.

"Biz bu məsələlərlə bağlı fikir mübadiləsi aparacağıq, çünki bizim məqsədimiz eynidir. Və təbii ki, bu, Çin və Rusiyanın bir çox qurumlarına aiddir. Bu, müəyyən vaxt aparacaq, lakin vizaları ləğv etməyimiz üçün çox vaxt aparacağını düşünmürəm", - çinli diplomat bildirib. Qeyd edək ki, Rusiya və Çin 2013-cü ildə öz vətəndaşlarının qarşılıqlı səfərləri üçün viza prosedurlarını sadələşdirib. Bundan əlavə, ruslar artıq Çinin xüsusi inzibati rayonları olan Honq-Konq və Makao üçün viza almağa ehtiyac duymurlar. 2023-cü ildə iki ölkə turist qrupları üçün vizasız səyahət haqqında ikitərəfli hökumətlərarası sazişi bərpa etdi. 

Seçilən
14
cebheinfo.az

1Mənbələr