AZ

Azərbaycan klubunun həkimi 5 oyunluq diskvalifikasiya edilib

Azərbaycanın futzal üzrə Yüksək Liqa klubu “Baku Fire”nin həkimi Cəlal Əliyev 5, Gənclər Liqasında çıxış edən “Şamaxı”nın futbolçusu Şahin Xəlilov isə 4 oyunluq cəzalandırılıb.

“Report” xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Həkimin cəzalanmasına Yüksək Liqanın XI turunda baş tutan “Arza-Naxçıvan”la oyun bitdikdən sonra hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alması səbəb olub.

“Şamaxı”nın futbolçusu da eyni səbəbdən cəzaya məruz qalıb. O, “Dinamo” ilə görüşün 53-cü dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün 4 oyunluq diskvalifikasiya edilib.

Seçilən
17
3
report.az

4Mənbələr