2025-ci ildə güləş üzrə ilin ən mühüm yarışlarına start verilir.
İdman.biz xəbər verir ki, martın 8-dən 14-dək Albaniyada U23 Avropa çempionatı keçiriləcək. Tirananın “Feti Borova” idman zalında təşkil ediləcək qitə birinciliyində hər 3 millimiz iştirak edəcək.
Yarışa sərbəst güləşçilər start verəcək. Böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında Rəhman İmanov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Murad Haqverdiyev (65 kq), Kənan Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq), Fərid Cabbarov (79 kq), Arseniy Djioyev (86 kq), Sadiq Mustafazadə (92 kq), Abdulcəlil Şabanov (97 kq) və Yusif Dursunov (125 kq) uğur qazanmağa çalışacaq.
Daha sonra baş məşqçi əvəzi Toğrul Əsgərov, böyük məşqçi Ağahüseyn Mustafayev və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında qadın güləşçilər xalçaya çıxacaq. Heyət Əsmər Cankurtaran (50 kq), Elnurə Məmmədova (53 kq), Nərgiz Səmədova (55 kq), Gültəkin Şirinova (57 kq), Günay Qurbanova (59 kq), Birgül Soltanova (62 kq) və Ruzanna Məmmədovadan (65 kq) ibarətdir.
Çempionatın son günlərində yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Elvin Mürsəliyevin rəhbərlik etdiyi komandada Elmir Əliyev (55 kq), Hüseyn Qəribov (60 kq), Ziya Babaşov (63 kq), Fərid Xəlilov (67 kq), Ruslan Nurullayev (72 kq), Xasay Həsənli (77 kq), Elmin Əliyev (82 kq), Cocu Səmədov (87 kq), Aqil Musayev (97 kq) və Ayxan Mərdanov (130 kq) yer alıb.
Avropa çempionatında I dərəcəli beynəlxalq hakimlər Bəşir İsazadə və Həbib Nurulu ədaləti qoruyacaq.
İdman.biz