Bu gün AFFA İntizam Komitəsinin iclsında əvəzedicilər liqasının XXV turunda baş verən neqativ hallar müzakirəyə çıxarılıb.
Offsideplus.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, verilən qərarlalr arasıında ən diqqətçəkəni "Səbail" komandası ilə bağlı olub.
Belə ki, klub rəhbərliyi martın 4-də “Səbail-2” - “Şamaxı-2” oyununun startından öncə təşkil edilən iclasda polis nümayəndəsinin iştirakını təmin edə bilməyib. Bu səbəbdən "Səbail" 80 manat cərimələnib. Həmçinin oyun planını pozduğuna görə paytaxt təmsilçisi AFFA-nın büdcəsinə daha 100 manat keçirməlidir.
Maraqlıdır ki, oyun planının pozulması faktına “Sumqayıt-2” - “Qarabağ-2” görüşündə də rast gəlinib. Sumqayıtlılar 100 manat cərimə ödəyəcəklər.