AFFA İntizam Komitəsinin iclasında Azərbaycan Premyer Liqası ilə yanaşı, digər liqalarda baş verən hüquqi hallara da baxılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yayılıb.
Əvəzedicilər liqasında XXV turun “Sumqayıt-2” - “Qarabağ-2” oyunu bitdikdən sonra “Qarabağ-2” komandasının futbolçusu Nihad Mollayev hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalandırılıb, “Qarabağ-2” komandası 300 manat cərimə edilib.
AFFA Gənclər Liqasında keçirilən Şamaxı FK-Dinamo (Bakı) oyununda Şamaxı FK komandasının heyətində Şahin Xəlilov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalandırılıb.
Futzal üzrə Yüksək liqanın 11-ci turunun Baku Fire - Araz Naxçıvan oyununda Baku Fire komandasının həkimi Cəlal Əliyev oyun bitdikdən sonra hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyunluq cəzalandırılıb.