AZ

Suriya ordusu Tartus və Latakiya əyalətlərinin mərkəzinə nəzarəti ələ keçirib

Suriya silahlı qüvvələri ölkənin ən böyük liman şəhərlərini ehtiva edən əraziləri nəzarətə götürüb...

Poliqon xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Qeyd edək ki, Suriyanın ən böyük limanları Tartus və Latakiya əyalətlərində yerləşir.

Dünən axşam əsasən ələvilərin yaşadığı bölgələrdə yeni hökumətin təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsəd tərəfdarları arasında toqquşmalar başlayıb. Tartus və Latakiya əyalətlərində komendant saatı tətbiq edilib.

Bəşər Əsəd tərəfdarları ilə toqquşma nəticəsində Suriya dövlət təhlükəsizlik xidmətinin azı 13 əməkdaşı həlak olub. Döyüşlər Cəblə və Latakiya kəndlərində baş verib.

Xatırladaq ki, Rusiyanın Xmeymim aviabazası Cebla yaxınlığında yerləşir.

Poliqon.info

Seçilən
23
28
poliqon.info

10Mənbələr