AZ

Azercell mülki müdafiə sahəsində təşəbbüslərini genişləndirir

Bakı. Trend:

Şirkət Mülki Müdafiə Gününə həsr olunmuş konfransdaiştirak etdi

1 mart - Ümümdünya Mülki Müdafiə Günü münasibətilə FövqəladəHallar Nazirliyi (FHN) və Azərbaycan Milli Elmlər Akademiyasınınbirgə təşkilatçılığı ilə “Mülki müdafiə əhalinin təhlükəsizliyinintəminatıdır” mövzusunda konfrans keçirilib.

“Azercell Telekom” MMC-nin Təhlükəsizlik departamentininBiznesin Dayanıqlılığı şöbəsinin rəhbəri Anar Mirzəyev tədbirdə“Əhalinin təhlükəsizliyində telekommunikasiyanın önəmi” mövzusundatəqdimat ilə çıxış edərək şirkətin təhlükəsizlik və fövqəladəhallara hazırlıq istiqamətində həyata keçirdiyi təşəbbüslərhaqqında danışıb.

Qeyd edək ki, Azercell 2021-ci ildən etibarən FHN-nin Mülkimüdafiə işinin təşkili Baş idarəsi ilə sıx əməkdaşlıq edir. Mobiloperator mülki müdafiə üzrə təlimlər təşkil edir və onların dahageniş auditoriyaya əlçatan olması üçün proqramı onlayn formatakeçirib. Bu təlimlər iş yerində və gündəlik həyatda təhlükəsizdavranış qaydalarını əhatə edir. Azercell bu təşəbbüsü yalnızdaxili akademik platformasında deyil, həm də ictimaiyyət üçün açıqxarici platformalarda paylaşır.

Fövqəladə hallara hazırlıq çərçivəsində Azercell əməkdaşlarımütəmadi olaraq mülki müdafiə məşqlərində iştirak edirlər. Həmçininson illərdə şirkət mülki müdafiə dəstələri, texniki heyət vərəhbərlik ilə birlikdə alternativ formatda Biznesin Davamlılığıtestləri həyata keçirib. Bu tədbirlərdə FHN-in Mülki müdafiə işinintəşkili Baş idarəsinin əməkdaşları da iştirak edərək dəstəkgöstəriblər.

"Dayanıqlı rabitə, təhlükəsiz həyat!" prinsipi əsasında Azercelldövlət qurumları və müvafiq strukturlarla birgə Böhran İdarəetməQrupu (BİQ) layihəsi çərçivəsində müxtəlif təlimlər və testlərhəyata keçirib.

Ümumdünya Mülki Müdafiə Günü münasibətilə Azercell əməkdaşlarıüçün maarifləndirici proqramlar, uşaqlar üçün xüsusi tədbirlər vərəsm müsabiqələri təşkil edərək təhlükəsizlik qaydalarına dairbilikləri artırılmasına töhfə verib.

Azercell, təhlükəsizliyi korporativ mədəniyyətinin ayrılmazhissəsi kimi qəbul edir və bu sahədə fəaliyyətini "Təhlükəsizlikhər birimizin məsuliyyətidir!" şüarı ilə davam etdirir.

“Azercell Telekom” MMC və şirkətin fəaliyyəti haqqında dahaətraflı məlumat əldə etmək üçün rəsmi Azercell səhifəsinədaxil olun.

Azercell
Azercell
Azercell
Azercell
Məqalədə:
Seçilən
15
13
az.trend.az

10Mənbələr