Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası gələn həftə keçiriləcək.
Bu barədə Modern.az-a Komissiyanın üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev məlumat verib.
O bildirib ki, növəbti iclasın önümüzdəki həftə keçirilməsi planlaşdırılır:
“Əfv Sərəncamının imzalanması isə cənab Prezidentin konstutision səlahiyyətləri çərçivəsində olduğu üçün konkret tarix demək mümkün deyil. Amma proseslərin gedişinə baxdıqda sərəncamın Novruz Bayramından sonrakı dövrdə imzalanacağını düşünə bilərik.”