AZ

Almatı aeroportunda naməlum şəxs qadın əməkdaşı girov götürüb

Astana, 7 mart, AZƏRTAC

Sosial şəbəkələrdə naməlum şəxsin Almatı hava limanının əməkdaşının saçından tutub bıçaqla hədələdiyini əks etdirən video yayılıb.

AZƏRTAC “Kazinform”a istinadla xəbər verir ki, Almatı Beynəlxalq Hava Limanının korporativ kommunikasiyalar departamentinin məlumatına görə, insident martın 7-də uçuşdan əvvəl yoxlama zonasında baş verib.

“Saat 11:45 radələrində daxili terminalda özünü sərnişin kimi təqdim edən aqressiv şəxs uçuşdan əvvəl yoxlama zonasına yaxınlaşıb. Almatı Beynəlxalq Hava Limanının mühafizə xidmətinin əməkdaşları həmin şəxsdən sənədlərini göstərməsini istəyiblər. O, buna cavab olaraq mühafizə xidmətinin əməkdaşının saçından tutub və bıçaqla onu hədələməyə başlayıb”, - deyə departamentdən bildirilib.

Yeddi dəqiqədən sonra həmin şəxs aeroport ərazisində polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları insidentlə bağlı araşdırma aparır”, - deyə hava limanından əlavə ediblər.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
20
azertag.az

1Mənbələr