AZ

Televiziyalarda yeni yaradılacaq Azərbaycan işarət dilinə tərcümələr ediləcək

Bakı. Trend:

Əlilliyi olan şəxslərin məlumat əldə etməsinin təmin olunmasıqanunvericiliklə tənzimlənəcək.

Trend xəbərverir ki, məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsininbu gün keçirilən iclasında müzakirə edilən “Əlilliyi olan şəxslərinhüquqları haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanunlayihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, qanuna “Azərbaycan işarət dili”anlayışı və əlilliyi olan şəxslərin məlumat əldə etmək hüquqununtəmin olunması məqsədilə “Əlilliyi olan şəxslərin məlumat əldəetməsinin təmin olunması” məzmununda yeni maddə əlavə olunacaq.

Belə ki, dövlət əlilliyi olan şəxslərin məlumat əldə etməkhüququna təminat verəcək. Azərbaycan Respublikasının dövlət dilininşifahi formada istifadəsi zamanı eşitmə qabiliyyəti tam məhdud olanşəxslər üçün Azərbaycan işarət dili ünsiyyət dili kimi rəsmitanınacaq.

Dövlət büdcəsindən maliyyələşən, habelə ictimai yayımçıstatusuna malik olan ümumölkə yerüstü televiziya yayımçılarıpraym-taym zamanı yayımladıqları informasiya xarakterliproqramlarının Azərbaycan işarət dilinin tərcüməsi ilə müşayiətolunmasını təmin edəcəklər.

Azərbaycan işarət dilinin tərcüməsini müvafiq təhsilə vəixtisasa malik olan şəxslər həyata keçirəcəklər.

Bundan əlavə, dövlət tərəfindən audiovizual əsərlərinsubtitrləşdirilməsi təşviq ediləcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşdaqəbul olunub.

Seçilən
14
11
az.trend.az

10Mənbələr