AZ

"Kəpəz BOKT" MMC-nin 2024-cü il xalis mənfəəti artıb

Finss.az - "Kəpəz BOKT" MMC 2024-cü il maliyyə hesabatını açıqlayıb.

Bütün xərclər çıxıldıqdan sonra kredit təşkilatının xalis mənfəəti 1 milyon 778.04 min manat təşkil edib ki, bu da ötən illə nisbətən 548.53 min manat artım deməkdir. Bu məlumat Banker.az tərəfindən BOKT-nin maliyyə hesabatına istinadən yayılıb.

BOKT-nin faiz gəlirləri 2 milyon 737.58 min manatdan 3 milyon 423.94 min manata yüksəlib. Bu gəlirin tamamilə fiziki şəxslərə verilmiş kreditlərdən əldə edildiyi bildirilir.

Faiz xərcləri də artaraq 873.72 min manata çatıb. Bu xərclərin 161.10 min manatı banklardan cəlb olunmuş kreditlərə, 708.16 min manatı isə qiymətli kağızlar üzrə faiz xərclərinə aid olub.

Xalis faiz gəliri ötən ilə müaqisədə 663.7 min manat artaraq 2 milyon 550.22 min manat təşkil edib. Qeyri-faiz gəlirləri 1 milyon 567.02 min manata yüksəlib. Bununla yanaşı, qeyri-faiz xərclərinin də artaraq 1 milyon 389.20 min manata çatdığı bildirilir. Bu xərclərin 482.30 min manatı əməkhaqqı və digər kompensasiya ödənişlərinə ayrılıb.

BOKT-un əməliyyat mənfəəti 2 milyon 728.04 min manat təşkil edib. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ayrılan xüsusi ehtiyatlar 491.57 min manat, mənfəət vergisi isə 458.43 min manat olub.

2024-cü ilin məlumatlarına görə, BOKT-un pul vəsaitləri və ekvivalentləri 225.22 min manata yüksəlib. Müştərilərə verilmiş kreditlər üzrə hesablanmış faiz gəlirləri 11 milyon 689.24 min manata çatıb.

BOKT-un əsas vəsaitləri 395.59 min manata yüksərək ötən illə nisbətən üç dəfədən çox artıb. Digər aktivlər 1 milyon 572.39 min manata çatıb. Cəlb edilmiş vəsaitlər 1 milyon 655.09 min manat, qiymətli kağızlar 4 milyon 70 min manat təşkil edib.

Qeyd edək ki, "Kəpəz BOKT" MMC 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 000 000 manat təşkil edir. Şirktin qanuni təmsilçisi Rəşad Əliyevdir. BOKT-nin nizamnamə kapitalının 100%-i Azad Əliyev Əbülfəz oğlu tərəfindən idarə olunur.

Seçilən
9
fins.az

1Mənbələr