Rusiyada nadir QAZ-24 “Volqa” pikapı satışa çıxarılıb. Avtosfer.az yerli mediaya istinadən xəbər verir ki, 1988-ci ildə istehsal edilmiş avtomobil daha sonra rusiyalı mütəxəsisslər tərəfindən “Chevrolet El Camino” üslubunda layihələnib. 5 “Volqa”dan ərsəyə gələn avtomobil 3 ilə hazırlanıb.
İnteryeri yenilənən QAZ-24-ün mühərriki və sürət qutusu “Toyota”dan götürülüb. Avtomobil arxa ötürücülü, 195 at güclü 5,5 litrlik V8 mühərriklə təchiz olunub.
Avtomobilin yürüşü hazırda cəmi 5 min kilometrdir və sahibi bu nadir avtomobilə görə 8 milyon rubl (151.833 manat) tələb edir.
Namiq Musayev