"Mançester Siti" rəhbərliyi ümidləri doğrultmadığı üçün cari mövsümün sonunda komandanı tərk edəcəyi gözlənilən Cek Qrilişin yerinə yeni futbolçu tapıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "TBR Foootball" yayıb.
Xəbərə görə, "şəhərlilər" "Aston Villa"nın sol cinah hücumçusu Ceykob Remsini hədəfə alıblar. Mənbə Birmingem təmsilçisinin 23 yaşlı oyunçunun satışından təxminən 50 milyon funt sterlinq (59,5 milyon avro) qazanmağı planlaşdırdığını vurğulayıb.
Cari mövsüm bütün turnirlərdə 32 matça çıxan Remsi 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Aston Villa" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı istedadlı vingerin transfer qiymətini 32 milyon avro ilə dəyərləndirir.
Nihat