Dənizkənarı Bulvar İdarəsi özünün və və tabeliyindəki 3 təşkilatın 2024-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub. SİA dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "Azəruçot" MMC-dir.
Qalib şirkətə 8,5 min manat ödəniləcək.
Ötən il bu sorğunun qalibi "BKR İşık Konsaltinq" MMC olub. Şirkətə 9,5 min manat ödənilib.