AZ

Orban: Ukraynanın Aİ-yə daxil olması Avropaya çox problem yaradacaq

Orban: Ukraynanın Aİ-yə daxil olması Avropaya çox problem yaradacaq

Ukraynanın Avropa İttifaqına daxil olması təkcə icma ölkələrinin iqtisadiyyatı üçün deyil, həm də onların ictimai təhlükəsizliyi üçün ciddi təhlükə yaradacaq. AFN.az yerli mediaya istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib. O qeyd edib ki, Ukrayna Aİ-yə daxil olarsa, ucuz Ukrayna kənd təsərrüfatı məhsulları seli Avropa bazarını dolduracaq və bu, yerli fermerlərə düzəlməz ziyan vuracaq: “İkincisi, hazırda orada 800 min silahlı insan var və Ukrayna ictimai təhlükəsizliyinin yüksək səviyyəsi ilə tanınmır, buna görə də bu ölkə vətəndaşlarının qonşu Macarıstana sərbəst hərəkətinə icazə vermək məsuliyyətsizlik olardı”.Orban bildirib ki, işçi qüvvəsinin sərbəst axını ilə bağlı problem var: "Hazırda Macarıstanda hər il 30-50 min işçi çatışmır. Biz xaricdən bu qədər insanı qəbul edib onları qonaq işçi kimi işə götürə bilərik, lakin əcnəbiləri yüz minlərlə iş yeri ilə təmin edə bilmərik. Əmək bazarında macarların maraqlarının qorunması bizim üçün vacibdir".Onun sözlərinə görə, bütün bunlara görəMacarıstan tərəfi Aİ-yə Ukrayna ilə üzvlüklə bağlı danışıqlara tələsməməyi, əksinə, bu proseslə bağlı hər xırda detalı düşünməyi təklif edir. "Macarıstan bu məsələ ilə bağlı referendum keçirəcək, çünki hökumət Brüssellə məsləhətləşmələrində öz vətəndaşlarının rəyini öyrənəcək. Düşünürəm ki, yaxın həftələr və aylarda biz Ukraynanın Avropa İttifaqına mümkün üzvlüyünün bütün nəticələrini anlaya biləcəyik. Biz bunu başa düşə və müzakirə edə biləcəyik", - deyə baş nazir bildirib.

Seçilən
55
afn.az

1Mənbələr