AZ

"Nəhayət onları bir yerə toplayacağam"

Xalq artisti Aygün Kazımova illər sonra ev tikdirdiyini etiraf edib.
 
Pop kraliça bu haqda "Tarixin bir günü" veriişində danışıb. Müğənni verilişin aparıcısı Tarix Əliyevin (Tolik) bununla bağlı suallarını cavablandırıb:
 
"Ünvanıma vaxtı ilə atılan həmin daşlardan özümə saray tikirəm. Qurbanolduğum neçə illərdən sonra mənə vətənimin gözəl guşəsində torpaq bəxş etdi. Orada öz studiyamı, evimi, qarderobumu tikirəm. Nəhayət paltarlarım skladlardan ora yığılacaq. Skladımın yarısı Heydər Əliyev adına İdman Kompleksində, yarısı Kirstal Zalda, dekorlarımın yarısı orada, yarısı buradadır. Nəhayət onları bir yerə toplayacağam. Baxacağam və bütün layihələrimi yada salacağam. Mənim kimi statusda olan müğənni özünə şərait qurmalıdır. Evimin və həyətimin qapısında isə öz loqom olacaq".
Seçilən
15
moderator.az

1Mənbələr