AZ

Nazir onu sədr müavini təyin etdi - FOTO

"Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinə sədr müavini təyin olunub. 
Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, sözügedən vəzifəyə Alıyev Nurşən Elxan oğlu təyin edilib.  Bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov əmr imzalayıb.   Əldə etdiyimiz məlumata görə, Nurşən Alıyev Məcnun Məmmədovun yaxın dostu, hazırda "Aqroservis" ASC-nin sədri vəzifəsində çalışan Mehman Veysəlovla əvvəllər birgə çalışıb. Qeyd edək ki, bu ilin yanvar ayında "Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədr müavini İlyas İnqilab oğlu Həsənov vəzifəsindən azad edilib. 

Xatırladaq ki, Nuşrən Alıyev uzun müddət "Təmiz Qaz" Qapalı Səhimdar Cəmiyyətinin direktoru vəzifəsində çalışıb və "AAN Group" şirkətinin də rəhbəridir. 

Seçilən
12
25
manset.az

10Mənbələr