1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Oxu.Az-a videogörüntü daxil olub. Videogörüntüdə qadının xəsarət aldığı əks olunub.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru Rüstəm Əhmədli hadisə ilə bağlı Oxu.Az-ın sorğusunu cavablayıb.

O bildirib ki, bu gün saat 11:20-də Yasamal Rayonu, Həsən Bəy Zərdabi prospekti ilə Akim Abbasov küçəsinin kəsişməsində BMW markalı 90-FE-764 dövlət nömrə nişanlı avtomobil ilə moped toqquşub:
"Hadisə nəticəsində mopeddəki xanım sərnişin xəsarət alıb".
Qəza yerindən görüntüləri təqdim edirik:
Məhərrəm Əliyev