AZ

“Putin yəqin ki, oyununun ifşa edilməsindən əsəbiləşib” - Makron

Fransa prezidenti Emmanuel Makron Rusiyanın dünya siyasətindəki dəyişikliklər və Avropa təhlükəsizliyi haqqında danışdığı çıxışına görə Moskvanın qəzəbinə münasibət bildirib.

Herbiand.az bildirir ki, bu barədə “The Guardian” yazıb.

Makron deyib ki, Moskvanın reaksiyasının bu qədər şiddətli olması ehtimal yaradır ki, Ukraynada tələsik sülh sazişi imzalanacağı təqdirdə Rusiyanın Avropa ilə müharibəni davam etdirmək niyyəti üzə çıxır.

“Mən prezident Putini yaxşı tanıyıram. Əgər o, belə reaksiya verirsə, dediklərimin doğru olduğunu bildiyinə görədir. O, yəqin ki, onun oyununu ifşa etməyimizdən əsəbiləşib”, - Makron deyib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
29
herbiand.az

1Mənbələr