Avropa Parlamentinin Büdcəyə Nəzarət üzrə Komitəsi Avropa Komissiyasının 58,2 milyon avro məbləğində qrant verilməsinə dair QHT-lərlə bağladığı sazişləri yoxlamağı planlaşdırır...
"Report" xəbər verir ki, bu barədə “Politico” nəşri parlamentarilərin büdcə, dələduzluqla mübarizə və dövlət idarəçiliyi üzrə Avropa komissarı Petr Serafinə məktubuna istinadən məlumat yayıb.
Belə ki, 28 müqavilə yoxlamaya məruz qala bilər. Bunlara Avropa Komissiyasının 2019-2024-cü illər ərzində müxtəlif hüquq müdafiə və ekoloji QHT-lərlə, həmçinin Britaniya neft şirkəti “Shell” və Almaniya avtomobil konserni “Volkswagen” də daxil olmaqla iri biznes qrupları ilə bağladığı müqavilələr daxildir.
Poliqon.info