AZ

Nüvə qışı və ya dünya müharibəsi necə dünyanın sonu ola bilər ?

Dünyada bir neçə yüz atom bombasının partlaması hava tempetaturun arktik səviyyədə soyuması və yeni buz dövrünün başlaması üçün yetərlidir. Buna səbəb yaranacaq alov fırtınaları ilə stratosferaya kütləvi tüstü və kül hissələrinin atılması nəticəsində atmosferdə Günəş şüalarının keçiriciliyinin azalmasıdır.

Bir neçə on il davam edə biləcək bu qış zamanı bir çox kənd təsərrüfatı məhsullarının məhv olacağı üçün insanlar arasında aclıq və kütləvi ölümlər qaçınılmaz olardı.

Teoriyaya görə təbiətin özünü bərpa etmə funksiyası nəticəsində atmosferə atılan külün miqdarından aslı olaraq bir müddət sonra nüvə qışının başa çatması gözləniləndir. Amma yer üzündə mövcud okeanlar da daxil bütün su hövzələrinin tamamilə donmasına səbəb ola biləcək qədər uzun bir qışın olması halında daimi buz dövrünün yaşana biləcəyi ilə də bağlı teoriyalar mövcuddur.

Neandertal

visiontv.az



Seçilən
19
visiontv.az

1Mənbələr