AZ

Əlilliyin verilməsində süründürməçilik var - Ombudsman

Sağlamlığın qorunması hüququnun səmərəli təmin edilməsi istiqamətində əhəmiyyətli islahatların aparılmasına baxmayaraq, hələ də bu sahədə müəyyən çətinliklər qalmaqdadır. 

Demokratikmusavat.comxəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva parlamentdə çıxışı zamanı bildirib.

O bildirib ki, icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlər zərfinin genişləndirilməsi, həmin zərfə daxil olan xidmətlər çərçivəsində ambulator müalicə alan şəxslərə yazılan dərman vasitələrinin sığorta hesabına qarşılanması məqsədilə zəruri tədbirlərin görülməsi, eyni zamanda ölkəyə idxal edilən dərman vasitələrinin keyfiyyətinə nəzarətin gücləndirilməsi sağlamlığın qorunması hüququnun effektiv təmin olunmasında olduqca vacibdir. 

“Bundan başqa onkoloji xəstəliklərin müalicəsində istifadə olunan dərman preparatlarının spektrinin genişləndirilməsi, habelə “Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı”nın müasir tələblərə uyğun olaraq yenidən işlənilməsi də məqsədəmüvafiqdir. 

Səhiyyə müəssisələri tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədilə müvafiq göndərişlərin düzgün rəsmiləşdirilməsi və bununla da süründürməçilik hallarının aradan qaldırılması üçün tibb işçilərinin peşəkarlığının artırılması və onların lazımi qaydada təlimatlandırılması, mürəkkəb və detallı sənədləşmə prosesinin sadələşdirilməsi, habelə tibb müəssisələri ilə tibbi sosial ekspert komissiyalarının fəaliyyətinin daha effektiv əlaqələndirilməsi zəruridir.  

İnternet səhifələrində və sosial şəbəkələrdə yayımlanan çoxsaylı tibbi əsaslandırılmamış məlumatların, internet platformalar üzərindən satılan və keyfiyyəti şübhə doğuran dərman preparatlarının insan sağlamlığına göstərə biləcəyi neqativ təsirləri nəzərə alaraq, bu sahəyə nəzarətin gücləndirilməsi, davamlı monitorinqlərin aparılması və problemlərin qanunvericilik səviyyəsində həlli də vacib məsələlərdəndir”, - Omdusman  qeyd edib.

Mürtəza
Demokratikmusavat.com

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
60
4
Demokratikmusavat.com

5Mənbələr