AZ

Ehtiyata buraxılan hərbçilər formalarını yalnız bu günlərdə daşıya biləcəklər

Bakı. Trend:

Ehtiyata və ya istefaya buraxılan şəxslərin hərbi formalarınıhansı günlərdə daşıya biləcəklərinə dair qaydalar müəyyənləşir.

Trend xəbərverir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenariclasında müzakirə olunan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədədəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, həqiqi hərbi xidmətdənehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaqhüququ verilmiş şəxslər həmin geyim formasını yalnız rəsmi dəvətolunduqları dövlət orqanları (qurumları) tərəfindən təşkil olunantədbirlərdə, ehtiyata və ya istefaya buraxıldıqları dövlətorqanının (qurumunun) əməkdaşlarının peşə bayramı günlərində,habelə “Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü”ndə,“Zəfər Günü”ndə və “Azərbaycan Respublikasında Anım Günü”ndə daşıyabilərlər.

Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə əsasən, həqiqihərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin “e” və “ə”bəndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa, hərbixidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş,həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan və SilahlıQüvvələr qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və yaistefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri iləhərbi geyim formasını daşımaq hüququ verilə bilər.

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən ehtiyata və yaistefaya buraxılan hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidməthərbi qulluqçularından başqa) hərbi geyim formasını daşımaq hüququmüvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.

Silahlı Qüvvələrdən qüsursuz xidmətlərinə görə buraxılan hərbiqulluqçulara buraxılma barədə şəxsi heyət üzrə əmrlərdə və digərrəislərin əmrlərində təşəkkür elan olunur, fərmanla təltif olunur,təbriknamələr və digər mükafatlandırma tədbirləri yerinəyetirilir.

Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçular buraxılmagününə kimi müəyyən edilmiş bütün təminat növləri ilə təminolunurlar. Onlara Silahlı Qüvvələr hərbi qulluqçularının pultəminatı haqqında Əsasnamə ilə müəyyən edilmiş miqdarda birdəfəlikvə işdənçıxarma müavinəti verilir.

Yaşına, xəstəliyinə və ya ştatların ixtisarına görə buraxılankadr zabit heyətindən olan şəxslərə qüvvədə olan qanunvericiliklənəzərdə tutulan güzəştlərdən istifadə etmək hüququ barədə vəsiqəverilir.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşdaqəbul olunub.

Seçilən
69
10
az.trend.az

10Mənbələr