AZ

QHT Agentliyi 915 təşkilatdan 407-ni qalib elan etdi

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib 

Ucnoqta.az xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2025-ci il üzrə elan etdiyi böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələrini elan edib. İclasda Agentliyin 2025-ci il üzrə elan etdiyi böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri layihələri yoxlamış müstəqil ekspertlərin rəyləri nəzərə alınmaqla, kollegial müzakirə olunub və nəticələr təsdiq edilib.

2025-ci il üzrə böyük, orta və kiçik qrant müsabiqələrində qalib olan QHT-lərin siyahısı ilə bu linkdən tanış ola bilərsiniz.

Qeyd edək ki, qrant müsabiqələrinə 915 QHT müraciət etmişdi. Agentlik 407 qeyri-hökumət təşkilatının layihəsini maliyyələşdirəcək.

Seçilən
8
ucnoqta.az

1Mənbələr