AZ

Ukrayna ordusu Rusiya ərazisində daha  5 km-dək irəlilədi... - "ISW"

Yazını böyüt
Yazını kiçilt

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində yeni bir sıra mexanikləşdirilmiş hücumlar həyata keçirərək, Sudjanın cənub-şərqində Rusiya müdafiə xəttinin arxasında 5 kilometrə qədər dərinliyə daxil olub.

Hafta.az bu haqda “TSN” kanalına istinadla xəbər verir.

"ISW" analitikləri Rusiya Müdafiə Nazirliyinin bəyanatlarına istinadən bildirirlər ki, Ukrayna qoşunları iki mexanikləşdirilmiş taborla bir neçə həmləli hücuma keçib.

"ISW" rusiyalı hərbi jurnalistlərə istinadla xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Çerkasskaya Konopelka, Ulanok və Fanaseyevka yaşayış məntəqələrini ələ keçirmiş ola bilər, lakin geolokasiya görüntüləri hələlik orada Ukrayna qoşunlarının olmasını təsdiqləmir.

Xatırladılır ki, Vladimir Zelenski əsas məqsədin Ukrayna ərazilərini geri qaytarmaq olduğu üçün Kursk vilayətinin Ukraynanın ərazi iddialarının bir hissəsi olmadığını bildirib.

Seçilən
42
hafta.az

1Mənbələr