AZ

Tanınmış məşqçi Coşqun Diniyevin komandasında

Türkiyənin “Çorum” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Msport.az xəbər verir ki, I Liqa klubunu tanınmış mütəxəssis Tuncay Şanlı çalışdıracaq.

43 yaşlı çalışdırıcı ilə bu gün rəsmi müqavilə imzalanacaq. O, cari mövsümün əvvəlində “Ümraniyespor”a rəhbərlik edib. Şanlı “Çorum”da istefaya göndərilən Sərkan Özbaltanı əvəzləyib.

Qeyd edək ki, Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev hazırda “Çorum”da çıxış edir. Komanda 39 xalla 11-ci pillədə qərarlaşır.

Seçilən
79
msport.az

1Mənbələr