AZ

Yanacaqdoldurma obyektlərinin istismarına lisenziya verilməsinə görə dövlət rüsumu müəyyənləşir

Bakı. Trend:

Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövləttəhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısıgenişləndirilir.

Trend xəbərverir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenariclasında müzakirə olunan “Lisenziyalar və icazələr haqqında”Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksinitapıb.

Mövcud qanunvericiliyə əsasən, maye və təbii qaz təsərrüfatıobyektlərinin quraşdırılması və istismarı lisenziya tələb olunanfəaliyyət növü hesab olunur. Təklif olunan dəyişikliklə sözügedənmaddə yeni redaksiyada veriləcək və yanacaqdoldurma və qaztəchizatı obyektləri nin quraşdırılması və istismarı lisenziyatələb olunan fəaliyyət növlərinin siyahısı daxil ediləcək.

“Dövlət rüsumu haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanunlayihəsinə əsasən, yanacaqdoldurma və qaz təchizatı obyektlərininquraşdırılması və istismarına lisenziya verilməsinə görə dövlətrüsumu müəyyənləşir. Belə ki, yanacaqdoldurma və qaz təchizatıobyektlərinin quraşdırılmasına lisenziya verilməsi üçün dövlətrüsumu 1 100 manat, yanacaqdoldurma və qaztəchizatı obyektlərinin istismarına lisenziya verilməsi üçün dövlətrüsumu isə 2 500 manat olacaq.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşdaqəbul olunub.

Seçilən
23
1
az.trend.az

2Mənbələr