AZ

Cənubi Koreya təyyarələri səhvən kəndə bombalar atıb, 15 nəfər yaralanıb

Cənubi Koreya rəsmiləri və medianın verdiyi məlumatına görə, Cənubi Koreyanın iki döyüş təyyarəsinin təlim zamanı səhvən əhali ilə dolu bir kəndi bombalaması nəticəsində ən azı 15 nəfər yaralanıb.

Milli Müdafiə Nazirliyinin rəsmilərinin verdiyi məlumata görə, iki KF-16 döyüş təyyarəsi, yerli vaxtla təxminən saat 10:00-da, Poçeon şəhərindəki müəyyən edilmiş atəş sahəsindən kənarda "anormal bir şəkildə" hər biri dörd ədəd 227-kilogramlıq MK-82 bombası atıb.

Rəsmilər əlavə edib ki, döyüş təyyarələri Koreyalararası sərhədə yaxın bölgədə ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərində iştirak edirdi.

Cənubi Koreyanın Yonhap xəbər agentliyinin məlumatına görə, ən azı iki nəfər ciddi xəsarət alıb. Əlavə yaralıların olacağı gözlənilir. Belə ki, kənd sakinləri hələ də tibbi yardım üçün müraciət edirlər. Məlumatda bir kilsə və yeddi digər binanın zədələndiyi bildirilir.

Yerli mediaya yayılan şəkillərdə damları uçmuş, pəncərələri sındırılmış evlər və yaxın ərazidə yayılmış digər dağıntılar göstərilib.

Cənubi Koreya müdafiə rəsmiləri hadisənin koordinatların səh salınması nəticəsində baş verdiyi bildirib və əlavə edib ki, canlı atış təlimləri əlavə araşdırmalar aparılana qədər dayandırılıb.

Təlimlər cümə axşamı səhər Poçeon şəhərində, Şimali Koreya sərhədindən 25 kilometr cənubda yerləşən Seunqjin Atəş Təlim Sahəsində keçirilib.

Yonhap xəbər agentliyi bildirib ki, təlim 160-dan çox hərbi texnikanı əhatə edib və ABŞ-ın Cənubi Koreyadakı ən yüksək komandiri general Zavyer Bronson və Cənubi Koreya Birgə Qərargah rəisi admiral Kim Myung-sunun orada iştirak edəcəyi gözlənilib.

Bu təlim, müttəfiqlərin bu il həyata keçirdiyi ilk təlim olub və planlaşdırılan illik "Freedom Shield" təlimi ilə əlaqədə keçirilib.

visiontv.az



Seçilən
22
visiontv.az

1Mənbələr