AZ

İranlı qadın 18 tonluq təyyarəni hərəkət etdirdi

Təbriz şəhərindən olan iranlı idmançı Qiti Musəvi 18 tonluq təyyarəni hərəkət etdirərək Ginnesin Rekordlar Kitabına düşüb.

"Unikal" xəbər verir ki, bu barədə yerli "Mehr" agentliyi məlumat yayıb.

Yeni dünya rekordu vurmaq cəhdində idmançı İranın hüquq-mühafizə orqanları tərəfindən dəstəklənib. Onlar Musəvini təyyarə ilə təmin ediblər.

Dünyanın ən güclü qadını "Uzun müddətdir ki, idmanla ciddi məşğul oluram, əvvəllər yük maşını sürükləməyi bacarmışam", - deyə açıqlama verib. 

48 yaşlı idmançı daim özü üçün daha çətin sınaqlar axtarır. Üç ildir ki, o, ən azı 2-3 saat vaxt aparan gündəlik məşqlərdə iştirak edir. Onların hamısı peşəkarların nəzarəti altında həyata keçirilir.

Musəvinin əlləri, özünün də iddia etdiyi kimi, hər bir məqsədə çatmaq üçün nə qədər səy sərf edildiyini dərhal ortaya qoyur.

Seçilən
4
unikal.az

1Mənbələr