AZ

12 min manatadək məbləğdə tətbiq olunan bu cərimə ləğv edilir

Bakı. Trend:

Mərkəzləşdirilmiş kredit reyestrinə və kredit bürosunaməlumatların təqdim edilməsi qaydalarının pozulmasına görə bəzicərimələr aradan qaldırılır.

Trend xəbərverir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenariclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə dəyişiklikedilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, “Kredit büroları haqqında”Qanunun 12.1-ci maddəsində göstərilən nisyə mal alqı-satqısı iləməşğul olan şəxslər tərəfindən “Kredit büroları haqqında” Qanununtələblərinə uyğun olaraq kredit tarixçələrini təşkil edən məlumatınkredit bürosuna həmin qanunda müəyyən olunmuş qaydada təqdimedilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinəgörə vəzifəli şəxslər 1 500 manatdan 2000 manatadəkməbləğdə, hüquqi şəxslər 10 min manatdan 12 minmanatadək məbləğdə cərimə edilir.

Qanun layihəsində sözügedən cərimənin ləğv edilməsi nəzərdətutulur.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşdaqəbul olunub.

Seçilən
10
az.trend.az

1Mənbələr