AZ

Azərbaycanlı samboçu beş il müddətinə diskvalifikasiya olundu

Azərbaycan samboçusu Ramil Vəliyev antidopinq qaydalarını pozduğu üçün beş il müddətinə diskvalifikasiya olunub.

Demokrat.az xəbər verir ki, bu barədə Beynəlxalq Dopinq-Test Agentliyi (ITA) məlumat yayıb.

Qeyd olunub ki, idmançıdan 2022-ci il sentyabrın 18-də götürülmüş test nümunəsinin cavabı müsbət çıxıb.

O, dopinqdən istifadə və saxtalaşdırma maddələri üzrə bütün yarışlardan kənarlaşdırılıb. 28 oktyabr 2022-ci ildə qüvvəyə minmiş cəza 27 oktyabr 2027-ci ildə başa çatacaq.

Qərar ITA-nın rəsmi saytı vasitəsilə ictimaiyyətə yenicə açıqlanıb.

Seçilən
29
5
demokrat.az

9Mənbələr