AZ

"İndiki şəraitdə bəyanatların təsdiqini tapması bir qədər çətin görünür"- Fİkrət Sadıxov

"Ağ evin rəhbəri bəyan edib ki, onlar da İrana qarşı mümkün hücumlara qoşula bilərlər. Bu, təbii ki, qorxu və təhlükə yaradan bir addımdır və İranı zəiflətməyə yönəlib. İsrailin İranla bağlı əsas məqsədi də məhz budur. İran isə buna çox mənfi reaksiya verərək bəyan edib ki, nüvə silahı əldə etməyə davam edəcək."

Politoloq Fikrət Sadıxov bunu News365.az-a deyib. 

"Verilən bəyanatlar fonunda İsrailin İranın nüvə obyektlərinə mümkün hava zərbələri endirmək üçün ABŞ-ın dəstəyini almağa çalışdığı qeyd olunur. Prezident Donald Tramp İranla yeni bir nüvə sazişini müzakirə etməyə üstünlük versə də, hərbi müdaxiləni də istisna etməyib. ABŞ-ın vitse-prezidenti isə jurnalistlərə açıqlamasında İranın nüvə silahına sahib olmasına imkan verilməyəcəyini bildirib. Belə olan halda, bölgədə eskalasiya riski artır.

"İndiki şəraitdə verilən bəyanatların əməldə təsdiqini tapması bir qədər çətin görünür. Digər çətinlik isə İranın nüvə obyektlərinin dağların altında yerləşməsidir. Belə obyektlərə raketlə hücum etmək çətindir, çünki hər hansı bir raketin dərinliyə nüfuzetmə qabiliyyəti ya yoxdur, ya da çox zəifdir. Buna görə də İranla bağlı hərbi əməliyyatlarda daha çox proksi müharibələrin gündəmə gələcəyi ehtimal olunur. İsrailin kəşfiyyat imkanları isə bundan sonra Donald Trampın həyata keçirdiyi siyasətə uyğun şəkildə inkişaf etdirilə bilər.

Seçilən
22
news365.az

1Mənbələr