AZ

Rodriqinyo: "Neftçi" azarkeşi üzərinə düşəni həmişə edib" - Müsahibə

Vaxtı ilə “Neftçi”nin formasını geyinmiş, Braziliyanın “Santos” klubunda da oynamış Rodriqinyo hazırda ölkəsində məşqçi kimi çalışır.

Apasport.az saytına müsahibə verən braziliyalı, “Neftçi”nin hazırkı durumundan da söhbət açıb.

- Bildiyim qədərilə, hazırda “Mirassol”da çalışırsan...

- Bəli, “Mirassol”dayam. İkinci komandada işləyirəm. Özüm də Koritibada yaşayıram. Üstəlik, təhsil almaq üçün səyahətlər də edirəm. Hər şey qaydasındadır, yaxşıdır. 

- “Neftçi”ni izləyirsən?

- Təbii ki, ara-sıra nəticələrə baxıram.

- Sizin dövrünüzdə çempionluqlar qazanan və liqada dominantlıq edən “Neftçi” hazırda turnir cədvəlində 6-cı yerdədir...

- Bilirsiz, Sao Paulo çempionatının oyunları üçün elə bu şəhərdə işlədiyim üçün Azərbaycan liqasını tam olaraq izləyə bilmirəm. Sadəcə nəticələrə imkan olduqca baxıram. Çünki Braziliyada oyunlar çox olur, yalnız buradakı matçlara fokuslana bilirsən.

- Hər halda, “Neftçi” “Qarabağ”dan 33 xal geri qalır. Ancaq çoxları bu mövsüm “Neftçi”nin “Qarabağ”la çempionluq uğrunda mübarizə aparacağını düşünürdü...

- Hə, bilirəm ki, “Qarabağ” Azərbaycan futbolunda hegemonluq edir. Onlar avrokuboklarda daim iştirak edirlər, Azərbaycanı uğurla təmsil edirlər və "Qarabağ"ı artıq Avropa, dünya tanıyır. Ona görə yerli çempionatda da liderlik etmələrinə heç təəccüblənmirəm.

- “Neftçi” bu vəziyyətdən xilas olmaq üçün nə etməlidir?

- Məncə, "Nefçi" narahat vəziyyətdə olduğu üçün özünü strukturlaşdırmalı və geridə qalan müddətdə baş verənləri nəzərdən keçirməlidir. Klubun daxilində baş verən proseslər çox vacib məsələdir. Məsələn, klub rəhbərliyi, futbolçular, hamısı...Klubdaxili məsələlər olduqca vacibdir. Çünki komandanın azarkeşləri üzərinə düşəni həmişə ediblər və uğurlu nəticələr gözləməkdə haqlıdırlar.

- “Neftçi” qış “transfer pəncərəsi” zamanı həmyerlin Aleks Fernandes kimi futbolçunu heyətinə qatdı. Onun haqqında məlumatlısan? “Santos”un yetirməsidir. “Neftçi”yə xeyir verəcək?

- Düzünü deyim, mən Aleks Fernandesi tanımıram. Sadəcə siz dedikdən sonra onun karyerasına baxdım və gördüm ki, “Santos”un gənclər komandasında oynayıb. Ona "Nefçi"də uğurlar arzulayıram. Ümidvaram ki, komandaya xeyir verəcək.

"Şamaxı"nın futbolçusu Türkiyə klublarının hədəfində - "Sabah"la mübarizə aparacaqlar

"Qarabağ"ın azərbaycanlı futbolçusu Avropa yolunda - TRANSFERDƏ İSRARLIDIRLAR

Birinci Liqa: "Qəbələ" "Cəbrayıl"a, "Mingəçevir" "İmişli"yə qarşı - YENİLƏNİR

Azərbaycan UEFA reytinqində geriləyib

“Karvan”dan növbəti transfer - rəsmi

Seçilən
23
apasport.az

1Mənbələr